Yaşayış binasında partlayış: 2 ölü


03:19     15 İyul 2015 partl.jpg

Tiflisin Qldani massivinin 6-cı rayonunda yaşayış binasının ikinci korpusunda güclü partlayış baş verib.

Femida.az-ın məlumatına görə, ilkin versiyada bildirilib ki, partlayış qaz sızmasından baş verib. Hadisə nəticəsində 2 nəfər, bir qadın və bir kişi ölüb, 3 nəfər isə yaralanıb. Yaralanan sakinlər xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 5-ci mərtəbənin 3 divarı uçub, həmçinin qonşu binadakı evlərin şüşələri qırılıb. Hadisə yerinə Tiflis şəhər meri David Narimaniya, baş nazirin birinci müavini Kaxa Kaladze və rayon icra hakimiyyətinin rəhbəri gəlib.

Hadisə yerində xilasetmə işləri həyata keçirilir.

Gürcüstan DİN mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan CM-nin 240-cı (təhlükəsizlik qaydalarına əməl etməmək) maddəsinə əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır. (APA)

Açar sözlər:

Oxunub: 854