36 saylı Tibbi Sosial Ekspert Komissiyasında özbaşnalıq


16:08     15 İyul 2015 1436425900_etatist2.jpg

Ağdaş və Ucarda dövlət müəssisəsində bazar yaradılıb


Femida.az-a Ucar rayonu Rəstəcə kənd sakini İsayeva Kəmalə Ağasəlim qızı tərəfindən yenidən şikayət məktubu daxil olub.Məktubda qeyd olunub:

“36 saylı Tibbi Sosial Ekspert Komissiyasının müdiri Emil Kamilov və oranın əməkdaşı Talıb Məcidov məndən 1000 manat rüşvət istəmələri barədə mətbuatda gedən şikayətimdən sonra hədə-qorxuya məruz qalmışam. Belə ki, şikayətim mətbuatda ictimailəşdikdən sonra 36 saylı TSEK-in müdiri Emil Kamilov məni idarəyə çağırıb bir nəfər adını təqdim etməyən şəxsi göstərib Bakıdan Nazirlikdən gəldiyini söyləyib izahat verməli olacağımı mənə bildirdi. Özünü Nazirlikdən gələn şəxs kimi təqdim edən həmin naməlum şəxs sanki Emil Kamilovun vəkili kimi çıxış edib yalan danışdığımı mənə irad tutdu, hər ikisi mənə məcbur edirdilər ki, izahat yazım ki, səndən rüşvət istənilməyib,əsəbi olub yazmısan belə olanda sənin 2-ci qrup əlilliyini bərpa edəcəyik. Mən isə buna razı olmayanda, Emil Kamilov yüksək tonla dediki hara şikayət etsəndə mənası yoxdur pulumu verib işimi həll edəcəm, mən haqlı sən haqsız çıxacaqsan.Prinsipə qaldısa sənin əliliyini bərpa etməyəcəm, biz Nazirliyimizin qoyduğu qanunlarla işləyirik xoşun gəlmir get yenə şikayət et, nə etsən mənası olmayacaq, sənin özünü məsuliyyətə cəlb edəcəklər.”


Femida.az məsələdə adı hallanan qarşı tərəflə də əlaqə saxlayıb. 36 saylı Tibbi Sosial Ekspert Komissiyasının əməkdaşı Talıb Məcidov açıqlamasında bunları bildirib:

“ Mən orada işləmirəm.1 il 6 aydır ki, əməliyyat olunduğum üçün işdən çıxmışam.Siz oranın rəhbəri Emil Kamilovla əlaqə saxlayın.Mən orada heç olmuram.”

Qeyd edim ki, həmin şəxs təxminən 15 gün əvvəl mənimlə telefon danışığında həmin yerdə qeydiyyatçı işlədiyini və belə bir hadisənin baş verdiyini qeyd edib. Bu gün nəinki, belə bir hadisədən hətta, orada işləməsindən belə imtina edir. Qeyd edim ki, həmin şəxsin yaşı 66 yaşı var. Artıq qanunla əmək fəaliyyətini sona çatdırmaq məcburiyyətindədir. Rayon sakinlərindən aldığımız məlumata görə, Məcidov Talıb həmin 36 saylı Tibbi Sosial Ekspert Komissiyasında bu gün də çalışır. Burada belə sual ortaya çıxır. Rəsmi dövlət idarəsində nə baş verir?

Xatırladaq ki, dövlət müəssisələri əhaliyə xidmət etmək üçündür, alver yeri yox.
Femida.az məsələni daha geniş araşdıracaq.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2100