Elmira Qafarovanın müşavirindən - ŞOK AÇIQLAMA


17:35     15 İyul 2015 Elmira_01qafar1.jpg

Femida.az ötən gün özünü Ali Sovetin sədri mərhum Elmira Qafarovanın qızı kimi təqdim edən Qafarova İnayətin müsahibəsini yayınlayıb..


O, müsahibəsində deyir ki, anası Elmira Qafarova əslində, öz əcəli ilə ölməyib. Onu Moskvada olarkən zəhərləyiblər.

Elmira Qafarova Ali Sovetin sədri olarkən onun köməkçisi vəzifəsində çalışmış Cahangir Nəcəfov Femida.az-a açıqlama verib:

“Yadıma gəldiyi qədəri ilə onun Gulya adında bir qız, Oqtay adlı bir oğul övladı var idi. Gulya bildiyimə görə, xaricdə yaşayır. Oğlu Oqtay isə 1994-cü ildə avtomobil qəzasında həlak olub. Oqtayın iki övladı var. Elmira Qafarovanın qudası isə xalq artisti Afaq Məlikova idi. Elmira Qafarovanın övladlığa götürdüyü uşaq haqda isə məlumatsızam“.

Femida.az-ın əldə etdiyi digər məlumatda isə deyilir ki, Elmira Qafarovanın qızı Gulya Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynovla evlidir. Azər Hüseynov Gürcüstandan əvvəl Yaponiyada Azərbaycanı təmsil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 11419