Bakı ilə Belqrad hərbi əməkdaşlığı genişləndirir


17:43     20 Oktyabr 2016 ea5b36ac0bb27d313a01c16febc3533e.jpg

Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) ilə Serbiya Respublikası Müdafiə Nazirliyi arasında 2016-cı il ikitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 20-də Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə MN Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev, Serbiya MN Hərbi Tibb Akademiyasının nümayəndələri, polkovnik Draqan Dinçin və polkovnik Neboyşa Yoviç iştirak ediblər.

İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri təcrübə və fikir mübadiləsi ilə bölüşəcəklər.

Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalındakı şəraitlə tanış olacaq və Hərbi Tibb Fakültəsindəki tədris prosesini izləyəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 1364