“İlham Əliyev Putinin təklifini qəbul etdi“
18:08 21 Aprel 2015
Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.
Avropa.info xəbər verir ki, bu barədə APA-nın “Prezident İlham Əliyev Qələbə günü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcəkmi” sualına cavabında Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov bildirib.
“Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari ilin may ayının 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”, - deyə A. Qasımov qeyd edib.
Femida.az
Oxunub: 570
Oxşar xəbərlər
- “İlham Əliyevin səfərindən sonra...” - İranlı nazir
- “İlham Əliyevin əmrini gözləyirik” - Bəyanat
- “İlhamə haqqında elə açıqlama verərəm ki,...” - Flora Kərimova
- “İlham Əliyevi Pakistanda gözləyirəm” - Məmnun Hüseyn
- “İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki…” - Əli Həsənov
- “İlham Əliyevə təşəkkür edirəm...” - Mehriban Əliyeva
- “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 20-ci cildi çapdan çıxıb