İlham Əliyevdən hərbi xidmətlə bağlı qanuna - Dəyişiklik


02:36     16 İyul 2015 89190.jpg

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 may tarixli 1302-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqi ilə bağlı fərman imzalayıb.


Femida.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat verməlidir.

Bundan başqa Nazirlər Kabineti “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.5-ci maddəsinə uyğun olaraq, təhsili davam etdirmək üçün çağırışa möhlət verilən xarici ölkələrin təhsil müəssisələrinin siyahısını Prezident ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 may tarixli 1302-IVQD nömrəli Qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Müəyyən edilsin ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

Açar sözlər:

Oxunub: 1725