Ağsuda ağır yol qəzası: ölənlər var


14:29     16 İyul 2015 Avariya_KAMAZ_140608.jpg

Ağsu rayonunda sürücünün ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.


Femida.az FHN-ə istinadən xəbər verir ki, rayon ərazisində "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində "VAZ" markalı minik avtomobilinin sürücüsü, 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.

Açar sözlər:

Oxunub: 1463