Bələdiyyə sənədi ilə tikintiyə icazə varmı?


16:23     16 İyul 2015 announced_39d054c5599cdc5be7c945092803bcbb.JPG


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.
Bu gün təqdim etdiyimiz mövzu tikinti üçün sənədlərin verilməsi qaydası ilə bağlıdır.

Bələdiyyə sənədi ilə tikintiyə icazəsi olan torpağa İcra hakimiyyətindən icazə almaq lazımdır?


Suallarımızı hüquqşünaslar qrupunun üzvləri cavablandırıb.

Hüquqşünas Nicat İsmixanov:

“Qanunvericilikdə Bələdiyyənin torpaq sahələrini istifadəyə vermək hüququ var. Bələdiyyələr torpaq sahələrini tikinti aparmaq üçün sənəd şəkilində verə bilməzlər. Bu, qanunda nəzərdə tutulmayıb. O baxımdan da tikinti aparılması qanuna ziddir. Tikinti aparsanız belə, mülkiyyətçi bələdiyyənin iddiası əsasında məhkəmə qaydasında söküləcək. Bu zaman vətəndaş haqlı olduğunu sübut edə bilməyəcək. Çünki, bələdiyyələrin tikinti aparmaq haqqında verdiyi sənəd əsassızdır. Sizin tikinti tikmək niyyətində olduğunuz torpaq bələdiyyə mülkiyyətindədir. Siz icra hakimiyyətinə müraciət etsəniz belə, tikinti işlərinin aparılması ilə bağlı gərək torpaq sahəsinin sizin mülkiyyətində olmasını təsdiq edən sənədi əlavə edəsiniz. Bu olmadığı təqdirdə icra hakimiyyəti sizə imtina məktubu göndərəcək. Çünki, icra hakimiyyətinin bələdiyyənin iradəsinə zidd olaraq sonuncunun mülkiyyətində olan torpaq sahəsinə sərancam verməsi hüquq pozuntusudur.”

Hüquqşünas Məhərrəməli Həmidov :

“Bu günki gündə bələdiyyə bəzi evlərə qiymətləndirmə haqqında sənəd verir. Bələdiyyənin tikiliyə dair verdiyi sənəd tamamilə qanunsuz və əsassızdır. Bələdiyyə yalnız torpağa dair sənəd verə bilər. İcra hakimiyyəti isə, fərdi yaşayış evinin tikilməsinə yararlı olan torpaqlara dair sərəncam verir.”



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 7827