Çay məcrasından çıxdı - İaşə obyekti su altında qaldı
20:12 26 Oktyabr 2016
Yağan intensiv yağışlar Cəlilabadda bir sıra fəsadlar törədib.
Rayon mərkəzindən keçən Mişarçay çayı üzərindəki sututarda suyun səviyyəsi maksimum həddə çatıb.
Ərazidəki bəndin dağılma təhlükəsi yarandığı üçün qabaqlayıcı tədbirlər görülür.
Su axınını təmin edən alternativ kanal körpünün qarşısında qazıldığı üçün Petrovka adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi tamam kəsilib.
Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyekti su altında qalıb. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaq üçün ağır texnikanın köməyi ilə qabaqlayıcı tədbirlər görür.
Femida.az
Oxunub: 1069
Oxşar xəbərlər
- Çaylarda daşqın təhlükəsi var?
- Çaylarda suyun səviyyəsi artdı
- Çaylarda sululuq səviyyəsi azalıb
- Çaylarda sululuq səviyyəsi artıb
- Çaylarda sululuq səviyyəsi dəyişib
- Çaylarda sululuq səviyyəsi artıb
- Çayın kənarında intihar etmək istədi
- Çaylarda sululuq səviyyəsi açıqlanıb
- Çaylarda sululuq səviyyəsi açıqlandı
- Çaylarda sululuq səviyyəsi açıqlanıb