Olimpiyaçımızda dopinq aşkarlanıb


04:20     27 Oktyabr 2016 E9C7C300-4DDF-46A0-8AA3-0038C475607D_mw1024_mh1024_s.jpg

2008-ci ilin Pekin Olimpiadasının bir neçə iştirakçısında dopinq aşkarlanıb.


Femida.az APA-ya istinadən xəbər verir ki, onların arasında azərbaycanlı ağır atlet də var. İdmançıların təkrar yoxlanması zamanı dopinq testi müsbət nəticə verib. Məlumatı Beynəlxalq Olimpiya Komitəsi yayıb.

Nəticələrdən sonra özbəkistanlı güləşçi Soslan Tigiyev, ukraynalı ağır atlet Olqa Korobka, belaruslu ağır atlet Andrey Rıbakov, qazaxıstanlı güləşçi Taymuraz Tigiyev gümüş medaldan, rusiyalı yüngül atlet Yekaterina Volkova və belaruslu ağır atlet Anastasiya Novikova bürünc medaldan məhrum ediliblər.

Azərbaycanlı ağır atlet Sərdar Həmidov da dopinqdə “ilişib”. Amma o Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında uğursuz çıxış etmiş və öz qrupunda 6 idmançı arasında sonuncu olmuşdu.

Qeyd edək ki, Sərdar Həsənovun Pekin Olimpiadasında dopinqli halda yarışdığı bir neçə ay əvvəl iddia olunmuşdu. O vaxt idmançıMız günahsız olduğunu bildirmişdi: “Mən 8 il əvvəl təmiz çıxmışdım. Olimpiadaya yollanmazdan əvvəl 3 dəfə dopinq-testdən keçdim. Bu analizlərin heç birində orqanizmimdə dopinq aşkarlanmadı”.

Femida.az

Açar sözlər:

Oxunub: 1206


Oxşar xəbərlər