Azərbaycanda sərnişin daşımaları artıb


14:28     27 Oktyabr 2016 taxigaga25631.jpg

2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın nəqliyyat sektoru ilə 1,23 milyard sərnişin daşınıb ki, bu da 2015-ci ilin analoji dövrünə nisbətən 1,9 faiz çoxdur.


Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Həmin dövrdə ölkənin nəqliyyat sektoru ilə 147 milyon ton yük daşınıb ki, bu da 2015-ci il yanvar-sentyabr aylarının göstəricisindən 1,2 faiz azdır.

İl ərzində qeyri-neft yük daşımalarının həcmi 1,9 faiz artıb və 109,4 milyon ton təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 806