Qaçqınlar evi yandırıldı


21:37     16 İyul 2015 image22680295_d8f4db485374c0b1b805f8e493cc659a.jpg

Almaniyanın cənubunda naməlum şəxslər qaçqınlar üçün nəzərdə tutulan binalar kompleksini yandırıb.


Femida.az `TASS` agentliyinə istinadən xəbər verir ki, hadisə Bavariyada, Rayhertshofen kommunasında yaşanıb.

Polisin məlumatına görə, cinayətkarlar keçmiş otel ərazisində yerləşən binanın iki girişini yandırıb.

`Hadisənin millətlərarası düşmənçiliyin motivləri əsasında törədilməsi variantını istisna etmək olmaz`, - deyə polis rəsmisi Hans-Peter Kammerer bildirib. Polis rəsmisi qeyd edib ki, bu yaxınlarda kommunada qaçqınların yerləşdirilməsinə dair aksiyalar keçirilib.

Hadisə Bakı vaxtı ilə 05:50-də baş verib. Kompleksdə olan binalardan biri tamamilə yanıb. Hadisə nəticəsində ən azı 150 min avro ziyan dəyib.

Açar sözlər:

Oxunub: 550