Azərbaycanda homoseksuallar QİÇS-ə yoluxdu - ŞOK RƏQƏMLƏR


18:07     27 Oktyabr 2016 homoseksuallar11_(2)%20(1).jpg

Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasına daxildir.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən xəbərə görə, epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Nazirliyin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olub.

2016-cı ilin 9 ayı ərzində İİV-ə 374 yeni yoluxma halı qeydə alınıb. Onlardan 365-i (98%) Azərbaycan vətəndaşı, 9-u (2%) isə əcnəbidir. Qeydiyyata alınmış 365 yerli sakindən 232-si (63,6%) kişi, 133-ü (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə Azərbaycan vətəndaşı olan 118 İİV-li xəstə keçib və 43 ölkə vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. 2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxduğu təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları 72 nəfərdə (19,7%) parenteral, 228 nəfərdə (62,5%) heteroseksual, 8 nəfərdə (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfərdə (1,4%) şaquli yolla olub, 52 nəfərin (14,2%) yoluxma yolu isə müəyyənləşdirilməkdədir.

Ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiqlənmiş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-ü (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 788 nəfərdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə baş verib, 7,5%-də yoluxma yolu müəyyən edilməyib.

Nazirlikdən bildirilib ki, bu ilin 9 ayında Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərdən 114660 nəfəri İİV-ə görə müayinəyə cəlb olunub. 79 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib ki, onlardan da 49-u infeksiyanın yeni aşkarlandığı şəxslərdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1563