600-dən yuxarı bal toplayan tələbələrə ŞAD XƏBƏR


17:26     31 Oktyabr 2016 BDU%20teze%20korpus.jpg

Bakı Dövlət Universitetinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələr artıq 1-ci kursdan etibarən elmi iş yazmağa başlayıblar.


Femida.az Trend-ə istinadən bildirir ki, bunu BDU-nun rektoru Abel Məhərrəmov II Azərbaycan Elm Festivalının açılış mərasimində deyib.

Rektor bildirib ki, bununla elmlə təhsilin vəhdətinin yaradılması təmin edilir.

A.Məhərrəmov hesab edir ki, bu, təhsilin elmə inteqrasiyasını daha da gücləndirməlidir: "600-dən aşağı bal toplayanlar isə elmi iş yazmaq məsələsində sərbəstdilər. Amma məsələ bundadır ki, 600-dən yüksək bal toplayanlara nisbətən 600-dən aşağı bal toplayanlar buna daha çox həvəs göstərirlər".

Femida.az

Açar sözlər:

Oxunub: 1949