İraqda 130 İŞİD silahlısı məhv edilib


15:37     17 İyul 2015 7b6bcb799be6879163b5367d156da8fd.jpg


İraqın hərbi aviasiyası Anbar əyalətində sutka ərzində 130 İŞİD qruplaşmasının silahlısını məhv edib.


Femida.az-ın məlumata görə, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.

“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD-in Anbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan Ər-Ramadi və Əl-Faluca şəhərləridir.

Açar sözlər:

Oxunub: 795