Obama İrəvana yollanacaq nümayəndə heyətinin tərkibini elan edib


14:04     22 Aprel 2015 obamaa.jpg

ABŞ prezidenti Barak Obama İrəvanda uydurma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək nümayəndə heyətinin tərkibini elan edib.

Femida.az “RİA Novosti”yə istinadən bildirir ki, bununla bağlı dərc olunmuş rəsmi məlumatda “soyqırımı” sözü əvəzinə “1915-ci il hadisələri” ifadəsi istifadə olunmayıb .

Məlumata görə, Amerika nümayəndə heyətinə tədbirdə ABŞ maliyyə naziri Ceykob Lyu rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin ABŞ-ın İrəvandakı səfiri Riçard Mils, Konqres Nümayəndələr Palatasının üzvləri Ceki Speyer, Frenk Pallone, Anna Eşu və Deyv Trott daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 362