Ərdoğan Baxçalı ilə görüşüb


01:08     04 Noyabr 2016 erdogan-bahceli-760x390.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında MHP sədri Dövlət Baxçalını qəbul edib.


Baxçalı görüşə əlində sənədlərdən ibarət faylla gəlib və onu Ərdoğana təhvil verib.

Görüş təxminən 1 saat davam edib.

Türkiyə KİV-də yer alan məlumatlara əsasən, görüş təşəbbüsü Ərdoğan tərəfindən gəlib. O, Konstitusiyada ediləcək dəyişikliyə görə Baxçalıdan da dəstək görmək istəyib. Deyilənə görə, əgər bu dəstəyi gösməsə, layihə TBMM-ə təqdim olunmayacaq.

Ekspertlərin fikrincə, Türkiyə prezidenti bir növ, bu görüşlə MHP sədrinin fikirlərini öyrənmək istəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1212