Almaniyadan İŞİD-ə qoşulanların sayı artıb


01:50     18 İyul 2015 GERMANY.jpg

İŞİD-ə qoşulmuş 27 yaşlı Almaniya vətəndaşına 11 il həbs cəzası kəsilib.


AzVision.az “Süddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, Münhen məhkəməsəsi onu İŞİD terror təşkilatına qoşulduğuna və Suriyada bir sıra qətllərdə iştirak etdiyinə, habelə İslam dövlətinə yaxından köməklik etdiyinə görə cəzalandırıb.

Federal Prpkurorluq isə bu işlə bağlı müttəhimə 13 il yarım həbs cəzasının verilməsini tələb edib. Məlum olub ki, həbs olunan 27 yaşlı alman vətəndaşı İŞİD-ə məxsus döyüş kamplarında təlim də keçib. Hətta, Suriyanın “Aleppo” bir sıra terror aktlarının təşkilində yaxından iştirak edib, lakin bu dəfə o, Almaniyaya geri dönərkən polis tərəfindən həbs edilib.

Qeyd edək ki, Ən son rəqəmlərdə sələfilərin sayının Almaniyada 7500-ə çatdığı bildirilir. Hal-hazırda çoxlu sayda alman vətəndaşı Yaxın Şərqdə cihad adı altına savaşır. Demək olar, bu savaşlarda iştirak edənlər böyük bir hissəsi Almaniyadan çıxmış sələfilik (vəhabilik) təriqətinin daşıyıcılarıdır.

Açar sözlər:

Oxunub: 930