Bu gün bir neçə rayonda qaz olmayacaq


14:23     22 Aprel 2015 qaz7.jpg

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Femida.az “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən bildirir ki, tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməklə yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9:00-dan işlər başa çatanadək Xəzər rayonunun Mərdəkan, Türkan və Şüvəlan qəsəbələrinin bir hissəsinə, Sabunçu rayonunun Bül-Bülə, Bilgəh, Maştağa qəsəbələrinin, eləcə də Ramanı südçülük sovxozu və Subtropik sovxozunun bir hissəsinə, Binəqədi rayonunun Motodrom adlanan yaşayış massivinə və Biləcəri qəsəbəsinin bir hissəsinə Nərimanov rayonunun Atatürk prospektinin bir hissəsinə, Xətai rayonunun Mehmandarov, Şıxlınski, M.Rüstəmov və Telnov küçələrinin bir hissəsinə, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 318