İŞİD 10 yaşlı uşağı cəllad etdi


15:50     18 İyul 2015 41335.jpg

İŞİD yeni video görüntülər yayıb.


Femida.az xarici mediaya istinadən xəbər verir ki, videoda yaşı 10-dan çox olmadığı ehtimal edilən uşaq əsirin başını kəsir. Terrorçular əvvəllər də əsirlərin öldürmək üçün uşaqlardan istifadə edib. Lakin, azyaşlının əsirin başını kəsməsi görüntüləri ilk dəfədir ki, yayımlanır.

Video iyulun 16-da internetə yerləşdirilib. Əsir götürülən adam bildirir ki, Suriya ordusunda zabitdir.

Videoyazıda yaraqlılardan biri deyir ki, onların hədəfi İsrailin paytaxtı və və Romanı ələ keçirməkdir.

Açar sözlər:

Oxunub: 844