Ərdoğana sui-qəsd cəhdinin yeni görüntüləri - Video


20:48     06 Noyabr 2016 erdogani%20bele%20oldurmek.jpg

Türkiyənin Marmaris bölgəsində 15 iyul tarixində prezident Rəcəb Tayyib Ərdoğana qarşı edilən sui-qəsd cəhdinin yeni görüntüləri yayılıb.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüntülər hadisədən bir neçə ay sonra internetdə yerləşdirilib.

Mobil telefon vasitəsilə çəkilən kadrlardan göründüyü kimi FETÖ-çülər Ərdoğanın qaldığı oteli bir neçə istiqamətdən atəşə tutub. Ərdoğanın oteldə olduğunu zənn edən qiyamçılar helikopterdən binanı gülləbaran ediblər. Hərbçilər daha sonra helikopterdən enərək oteli mühasirəyə alıblar.



Femida.az

Açar sözlər:

Oxunub: 1854