İŞİD-ə qarşı Raqqa əməliyyatı başlanıb


21:20     06 Noyabr 2016 iraq81.jpg

Suriyada İŞİD terror təşkilatının əsas mərkəzi sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb.


“Reuters” agentliyinin yaydığı məlumata görə, Suriya Demokratik Güclərinin (SDG) həyata keçirəcəyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava dəstəyi verəcək.

Suriya Demokratik Güclərinin özəyini PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edir. Əməliyyata 30 min SDG silahlısının qatılacağı açıqlanıb.

Qeyd edək ki, hazırda İraqda İŞİD-in əsas mərkəzi sayılan Mosulun azad edilməsi əməliyyatı aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1170