İtalyan nazir Tiflisdən Bakıya gələcək


04:45     07 Noyabr 2016 1477558819.jpg

İtaliyanın xarici işlər naziri Paolo Centiloni Gürcüstanın paytaxtı Tbilisiyə yola düşüb.



Femida.az-ın xəbərinə görə, bu barədə İtaliya XİN-in məlumatında deyilir.

Səfər çərçivəsində nazir Gürcüstan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılacaq.

İtaliya xarici işlər idarəsinin məlumatına görə, daha sonra P.Centiloni Azərbaycan və Ermənistana səfər edəcək.

Açar sözlər:

Oxunub: 951