Belarusda prezidentliyə namizədlər müəyyənləşib


21:04     18 İyul 2015 b7daefc1e8520434fafebbbbd74e88ea.jpg

Belarusda 14 nəfər prezidentliyə namizədliyini irəli sürüb


Belarusda ölkə prezidentliyinə namizədlərin qeydiyyatına dair təşəbbüs qruplarının sənədlərinin qəbulu iyulun 17-də başa çatıb.

Femida.az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, 14 qrup lazımi sənədləri təqdim edib.

Mərkəzi Seçki Komissiyası hazırkı prezident Aleksandr Lukaşenkonun, solçu “Ədalətli dünya” partiyasının rəhbəri Sergey Kalyakinin, Liberal-demokrat partiyasının rəhbəri Sergey Qaydukeviçin, biznesmen Andrey Konovetsin sənədlərini qəbul edib.

Namizədlər arasında həmçinin "Həqiqəti de" vətəndaş hərəkatının fəalı Tatyana Korotkeviç, Birləşmiş Vətəndaş Partiyasının sədri Anatoli Lebedko, Nikolay Statkeviç, Janna Romanovskaya, İrina Perşina, Sergey Zablotskiy, Aleksandr Yudayev, Viktor Tereşenko, Belarus vətənpərvər partiyasının sədri Nikolay Ulaxoviçin adları var.

Açar sözlər:

Oxunub: 796