Qızıl kəskin ucuzlaşıb


21:23     18 İyul 2015 q;z;l.jpg

Dünya birjalarında qızıl 12 dollar ucuzlaşıb


Amerika fond bazarında Dow Jones indeksi 0,19% - 18 086,45 bəndədək azalıb, NASDAQ 0,91% - 5 210,15 bəndədək, S&P 500 isə 0,11% - 2 126,64 bəndədək artıb.

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,31% - 6 775,08 bəndədək, Almaniya DAX-ı 0,37% - 11 673,42 bəndədək azalıb, Fransa CAC-40-ı isə 0,06% - 5 124,39 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 12,00 dollar azalaraq 1 131,90 dollara, gümüş isə 0,15 dollar azalaraq 14,83 dollara satılıb.

Açar sözlər:

Oxunub: 794