Atasının maşını ilə adam vurdu - Ağdamda


02:45     08 Noyabr 2016 masin%20vurdu0.jpg

Ağdam rayonunun Mahrızlı kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az Reporta istinadən xəbər verir ki, 16 yaşlı kənd sakini Boyükağa Qarayev atasına məxsus "VAZ-2106" markalı avtomobil ilə Mahrızlıda hərəkətdə olarkən rayon sakini Səttar Quliyevi vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada Səttar Quliyev kənd xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.
Hadisəni törədən B.Qarayev Mahrızlı kənd orta məktəbinin IX sinif şagirdidir. O, yol qəzasını təhsil aldığı məktəbin qarşısında törədib.

Açar sözlər:

Oxunub: 2033