Yetkinlik yaşına çatmayan şəxsə 3 il həbs


20:52     08 Noyabr 2016 1405689430_1391632478_cenubnews-hebs-yeni.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İntiqam Məmmədov və yetkinlik yaşına çatmayan Ramil Şəfəqqətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Məmmədov 10 il, R. Şəfəqqətovun 3 il müddətinə azadlıqdan məhrum edilib. R. Şəfəqqətov məhkəmə zalında həbs edilib.


Qeyd edək ki, bu il mayın 16-da Bakı şəhər sakini Allahyar Səmədovun evindən 6000 manat pul və qızıl əşyalar oğurlamış Füzuli rayon sakini əvvəllər məhkum olunmuş İntiqam Məmmədov və Ramil Şəfəqqətov saxlanılıb.

Müəyyən edilib ki, İ. Məmmədov R. Şəffəqqətovu ülgüclə boğazını kəsməklə hədələyərək, onu oğurluğa təhrik edib.

R. Şəfəqqətov yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Açar sözlər:

Oxunub: 1782