Əsgərlərimiz and içib


23:48     08 Noyabr 2016 andicece.jpg

Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edəcəklər. Mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 2615