Azərbaycanlı generalın qızı öldü


00:58     19 İyul 2015 e45d15af74f331987231d7ac0a70e7a1.jpg


Moskvada Azərbaycan diasporunun tanınmış üzvü, Sovetlər İttifaqında kosmonavtikanın banilərindən biri olmuş general Kərim Kərimovun qızı texniki elmlər doktoru, professor Sürəyya Kərimova vəfat edib.

Femida.az-ın xəbərinə görə, Sürəyya Kərimova iyulun 20-də Moskvanın Vaqankovski qəbristanlğında atasının məzarı yaxınlığında dəfn ediləcək.

Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib. Bu, onun öz vəsiyyətinə uyğun olaraq edilib. Belə ki, Sürəyya Kərimova sağlığında atası Kərim Kərimovun məzarının yanında dəfn olunmasını vəsiyyət edib. Lakin Kərim Kərimovun məzarının yanında yer olmadığından onun nəşinin yandırılaraq dəfn olunması qərara alınıb.(APA)

Açar sözlər:

Oxunub: 1093