İlham Əliyev Moskvada 9 may paradında iştirak edəcək


15:55     22 Aprel 2015 ilham5.jpg

Əksər Qərb ölkələrinin liderləri Rusiyanın Ukraynadakı davranışına görə bu tədbirdə iştirakdan imtina ediblər.

Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Moskvada “Böyük Vətən Müharibəsinin 70-ci ildönümü” ilə bağlı tədbirlərdə iştirak edəcək.

Femida.az xəbər verir ki, bu barədə məlumatı prezidentin mətbuat katibi Azər Qaasımov Turan agentliyinə verib.

Bundan əvvəl Moskvadakı bayram şənliklərinə getməkdən Almaniya kansleri Angela Merkel, ABŞ, İsrail, Polşa, Litva, Latviya, Estoniya prezidentləri, Britaniyanın baş naziri David Cameron, Avropa Şurasının sədri Donald Tusk, İsveç, Norveç, Finlandiya və Hollandiyanın liderləri imtina ediblər.

Çexiya prezidenti mayın 9-da Moskvada olsa da, hərbi paradı seyr etməyəck.

Hətta Belarus prezidenti Aleksandr Lukashenka da mayın 9-da Minskdə “öz paradını” qəbul edəcəyini bildirib.

Bütün imtinalar bu və ya başqa şəkildə Rusiyanın Ukrayanya təcavüzü ilə izah edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 378