Rusiya Azərbaycana silah təklif etdi


03:25     19 İyul 2015 98965.jpg


Rusiya və Azərbaycan XİN başçılarının iyulun 17-də Moskvada keçirilən işgüzar görüşündə ikitərəfli münasibətlərə dair bir çox məsələlər müzakirə olunub.


Femida.az virtualaz.org saytına istinadən xəbər verir ki, görüşlə bağlı ilkin xəbərlərdə Lavrovun və həmkarının əsas diqqəti Qarabağ münaqişəsinə yönəltdiyi qeyd edilib. Lakin görüşdə digər məsələlər də müzakirə olunub.

Diplomatik qaynaqlardan verilən informasiyaya görə, tərəflər bütün istiqamətlər üzrə ikitərəfli əməkdaşlığı dərinləşdirməyin vacibliyini bildiriblər. Lavrov deyib ki, bura regional əməkdaşlıq, Xəzərdə, BMT və ATƏT-də, habelə digər formatlarda əməkdaşlıq məsələləri daxildir.

Lavrov deyib ki, təmaslar yay tətilindən sonra - sentyabrdan intensivləşməyə başlayacaq. Sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlığa dair ikitərəfli komissiyanın iclası olacaq.

Açar sözlər:

Oxunub: 664