21 vətəndaş beynəlxalq axtarışa verilib


16:16     22 Aprel 2015 reis787.jpg

Bu ilin birinci rübü ərzində Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 14 şəxs barəsində 12 cinayət işi başlanıb.

Femida.az-in məlumatına görə, bu barədə idarənin rəisi Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bunlardan 9 iş keçirilmiş əməliyyat tədbirləri nəticəsində, 2 iş vətəndaşların ərizələri əsasında, 1 iş isə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş materiallar əsasənda başlanıb.

Hesabat dövrü ərzində 13 şəxs barəsində axtarış elan edilmiş, 2 nəfər tutularaq istintaqa təhvil verilmiş, 21 şəxs isə beynəlxalq axtarışa verilmişdir.

Femida.az

Açar sözlər:

Oxunub: 309