“Putin məni ölümlə hədələyir” – Saakaşvili


15:19     19 İyul 2015 mishiko_saakashvili(17).jpg

Odessa qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin onu öldürməklə hədələdiyini bildirib.


Femida.az xəbər vrir ki, bu haqda Saakaşvili “facebook” səhifəsində yazıb. "Putinə ilk olaraq mən silahlı müqaviməti göstərdim, buna görə də o indiyə qədər məni açıq şəkildə öldürməklə hədələyir. Ukraynanın ərazi bütövlüyü haqqında ikimənalı mövqeyə malik insan heç vaxt mənim yanımda işləyə bilməyəcək. Putinin etdikləri əksinə Ukraynaya xeyir verir və bizim qələbəmizi yaxınlaşdırır",- deyə Gürcüstanın sabiq prezidenti “facebook” səhifəsində Ukrayna və rus dillərində müavini Mariya Qaydarın fikirlərini şərh edrkən qeyd edib.

Bu arada dünən Mixail Saakaşvilinin müavini təyin edilən Mariya Qaydar öz postunda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiya hakimiyyətinin siyasəti ilə razı olmadığını yazıb.

Qeyd edək ki, Saakaşvilinin yeni müavini rus müxalif siyasətçi və ictimai xadim Mariya Qaydar siyasətçi və iqtisadçı, mərhum Yeqor Qaydarın qızıdır. Saakaşvili rəsmi təyinatın hələ baş tutmadığını, prezidentin sərəncamından sonra Mariyanın iş başına keçəcəyini bildirib. Saakaşvilinin sözlərinə görə, o, sosial məsələlər ilə məşğul olacaq.

Açar sözlər:

Oxunub: 688