Qaxda bayraq meydanı tikilir


13:13     11 Noyabr 2016 14788332045203828822_1000x669.jpg

Qax şəhərinin girişində Bayraq meydanı tikilir.


Femida.az Azərtac-a istinadən xəbər verir ki, kompleksdə aparılan tikinti işlərinin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının Qax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elbrus Tağıyev bildirib ki, inşasına bu ilin yazında başlanan Bayraq meydanının ümumi ərazisi 3 hektardır. Burada quraşdırılan bayraq dirəyinin hündürlüyü 60 metrdir. Meydanın mərkəzində inşa edilən Bayraq muzeyinin sahəsi isə 800 kvadratmetrdir. Muzeydə dövlət rəmzlərimiz barədə, həmçinin ölkəmizin və Qax rayonunun tarixinə dair maraqlı məlumatlar toplanacaq və nümayiş etdiriləcək. Muzeyin bir hissəsində isə rayon tarix-diyarşünaslıq muzeyinin ekspozisiya zalı yerləşəcək.

Meydanda açıq havada rayonun tarixi, folkloru, məişəti və kənd həyatına aid eksponatlar, qədim təsərrüfat alətləri nümayiş etdiriləcək. Burada kafe, həmçinin avtomobillər üçün dayanacaq da tikilir.
Bayraq meydanının tikintisinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1315