Rövnəq Abdullayev futbola gedəcək


02:59     12 Noyabr 2016 rovneq4.JPG

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il Dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gedib.



Femida.az -ın Report-a istinadən verdiyi məlumata görə, qurum rəhbəri ilə yanaşı vitse-prezident Elşad Nəsirov, həmçinin AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və digər assosiasiya rəsmiləri bu gün saat 23:45-də “Vindzor Park” stadionunda keçiriləcək matçda fəxri tribunada olacaqlar.

R.Əliyev və AFFA baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-də Belfasta gedib.

Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən matçı da həmin stadiondan izləmişdi.

Açar sözlər:

Oxunub: 1608