Əsgərlərimiz and içib


22:26     13 Noyabr 2016 andicma-9.jpg

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi başa çatıb.


Femida.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edib, mədəni-kütləvi tədbirlər keçirilib və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 1823