Trampdan homoseksuallara xoş xəbər


19:02     14 Noyabr 2016 gay%20tramp.jpg

“Mən prezident seçilmişəm. Müsəlmanlar və qaradərililər bundan qorxuya düşüb. Məncə, buna ehtiyac yoxdur”


Femida.az xəbər verir ki, bunu CBS telekanalının “60 dəqiqə” proqramına açıqlamasında ABŞ-ın yeni prezidenti Donald Tramp deyib.

Prezident ona etiraz edən nümayişçilərin Trampı yaxşı tanımadıqlarını və heç kimin ondan qorxmasına ehtiyac duymadığını söyləyib.

"Etirazçılar məni yaxşı tanımır. Onlar arasında bir neçə nəfər var ki, etirazları idarə edir və nümayişçiləri qəzəbləndirirlər. Ümid edirəm ki, etirazlar tezliklə sona çatacaq. Mənə qarşı etiraz aksiyası keçirənlər qorxmamalıdırlar. Bu ölkənin gücünü yenidən geri qaytaracağıq".

Seçkidən sonra azlıqlara edilən sözlə hücumların artmasına da toxunan Trump, bu kimi davranışların onu üzdüyünü deyib.

O, həmçinin eynicinsli nikahlarla bağlı heç bir mənfi fikrinin olmadığını da bildirb:

“ABŞ Ali Məhkəməsinin bununla bağlı qərarına hörmətlə yanaşacağıq. Homoseksuaların nikahına qarşı deyilik”.

Donald Tramp prezidentliyim dövründə abortlara qarşı fəaliyyət aparacağını və abortların qarşısının alınması ilə insan həyatının xilas ediləcəyini deyib.

Qeyd edək ki, ABŞ Ali Məhkəməsi aborta 1973-cü ildən, eynicinsli nikahlara isə 2015-ci ildən izn verir.

Femida.az

Açar sözlər:

Oxunub: 1790