Qəzzada növbəti partlayış


03:23     20 İyul 2015 images3.jpg

Bazar günü səhər Qəzza zolağında ardıcıl partlayışlar nəticəsində iki nəfər yaralanıb, eyni zamanda Həmasa və cihadçı yaraqlılara məxsus beş avtomobil məhv edilib.


Femida.az-ın Amerikanın səsinə istinadən verdiyi xəbərə görə, partlayışın Həmasın istinadgahı olan Şeyx Rədvan məhəlləsində baş verdiyi deyilir.

Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Ancaq hadisə yerindən çəkilmiş şəkillər göstərir ki, divarda İslam Dövləti qrupunun bayrağının şəkli çəkilib.

Hücum Qəzzada Həmasla islamçi ekstremist qrup arasında hakimiyyət mübarizəsinin davam etdiyini vaxta təsadüf edir.

Açar sözlər:

Oxunub: 796