Unudulmuş şəxsiyyət - Əli Əkbər bəyin həyatı


19:34     16 Aprel 2018 Cumhurbaşkanı_Ali_Ekber_Tufan.jpeg

Söhbət İğdır, Qars, Ərdahan, Ağrı və Ərzurumun Azərbaycan torpaqları olaraq qalması üçün mübarizə aparan milli ideoloqlarımızdan biri Əli Əkbər Tufandan gedir.


Əli Əkbər bəy Tufan 1874-cü ildə tarixi Azərbaycan torpağı olan İğdırın Mələkli hissəsində dünyaya gözünü açıb. O, bölgədə xüsusi nüfuzu olan Ramazanoğlu ailəsinə mənsub olub.

O, Azərbaycan Milli Şurası Müsavat Partiyasının 1. dönəm İğdır millət vəkili, eyni zamanda Difai Gizli Təşkilatı(1905) üzvü , İttihad-i İslam Türk Birliyi Cəmiyyəti İğdır təmsilçisi(1910) vəzifələrində çalışmışdır.

Əli kbər bəy birinci dünya müharibəsində Cəmiyyət-i Xeyriyənin İğdır təmsilçisi olaraq Balkan Savaşı, Sarıqamış əməliyyatı zamanı TBMM ordusuna Qafqaz üzərindən pul yardımı axışlarını təşkil etmişdir.

Rus Çarlığının dağılmasının ardından doğan avtoritar boşluqdan dolayı doğum yeri olan İğdıra dönərək Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə paralel işlərə başlamış və türk ordusunun legal yollardan İğdıra çata bilməsi üçün İğdırda müsəlman xalqı təşkilatlandıraraq İğdır İcra Komitəsini(1915-1917) qurmuşdur.

Ermənilərin də qatıldığı, başqanı türk olmaq şərtı ilə 5-i türk 5-i ermənilərdən ibarət olan komitənin başqanlığını üstlənmişdir. Ermənilərin Bakıya hücum etməsi səbəbi ilə iğdırlı ermənilər idarədən istefa vermiş, ardından İğdır mərkəzində yer alan hökumət sarayı 4.000 nüfuza malik olan Mələkliyə köçürülərək paytaxtı Mələkli olan və Azərbaycandan asılı İğdır Milli Cumhuriyyəti (1917-1920) (İğdır, Tuzluca, Aralık, Şərur, Doğu Bəyazit, Vedibasar, Serdarabad) elan edilmişdir.

Hökumətin başçısı olaraq Əli Əkbər Tufan seçilen bu cümhuriyyət Mavera-i Qafqaz Cumhuriyyəti (SEYM) tərəfindən tanınmışdır. Əli Əkbər Tufanın rəhbərlik etiyi bu dövlət tanınmış və müstəqil ilk türk cümhuriyyəti kimi tarixə düşüb.

Qafqazda türk xalqını silahlandırmaq üçün təşkil edilən gizli Tiflis Türk Qurultayına qatılan Əli Əkbər Tufan, İğdır Milli Hökumət Birliklərini erməni-daşnaq dəstələrinə qarşı müdafiə etmək üçün silah təminatını Məhəmməd Əmin Rəsulzadənin yardımlarıyla əldə etmişdir.

Vilson prinsipləri ilə əlaqədar bölgəyə gələn ABŞ Baş Qərargah rəisi General James Harbord, Əli Əkbər Tufan ilə birlikdə bölgəni gəzərək Antanta Dövlətlərinə; “Böyük Ermənistan adlanan yerdə erməni görə bilmədim” məlumatını göndərmişdir. Bu vəziyyət Lozanna konfransı ərəfəsində İğdırın Türkiyə sərhədlərinə daxil olması üçün böyük önəm kəsb etmişdir. Lozanna konfransı ərəfəsində Azərbaycan Sovet işğalında olduğu üçün İğdır, Qars, Ərdahan, Ərzurum, Ağrı kimi əzəli Azərbaycan torpaqları Türkiyənin himayəsi altına girmişdir.

Əli Əkbər Tufan bölgədə qurulan Araz Türk Cumhuriyyəti, Cənubi-Qərbi Qafqaz Hökuməti, Mavera-i Qafqaz Cumhuriyyəti (SEYM), Azərbaycan Demokratik Cumhuriyyətinin qurucuları arasında yer almış, Cənub-Qərbi Qafqaz Hökumətini dağıtmaq üçün bölgəyə gələn Anzaq birlikləriylə vuruşmuş, daha sonra isə Maltaya sürgünə göndərilmişdir.

Türkiyə Cumhuriyyətinin qurulmasından sonra başlanan əhali mübadiləsi ilə Sürməli mahalının Türk Ocağı başqanlığını üstlənərək İğdıra köçən əhali ilə məşğul olmuşdur. 1926-cı ildə barəsində sürgün qərarı çıxan Əli Əkbər Tufan Bakıya gəlmiş və Bakıda sovet rejmi tərəfindən həbs edilmişdir. Daha sonra isə dostu İosif Stalinin xüsusi icazəsi ilə sərbəst buraxılmış və İrana keçmişdir. Türkiyədə çıxan əfv qanunundan yararlanaraq doğma yurdu olan İğdıra qayıtmışdır.

11 oktyabr 1974-cü il tarixində vəfat edən Əli Əkbər bəy Tufanın ölümü İran, Azerbaycan kimi ölkələrdə böyük hüznə səbəb oldu.

Əli Əkbər bəy Tufan Bütöv Azərbaycanın bir parçası olan İğdır, Qars, Ərdahan, Ağrı və Ərzurumun Azərbaycan torpaqları olaraq qalması üçün mübarizə apardı. Dövrünün çətinlikləri və məhdudluqları ucbatından mübarizəsində məğlub olan Əli Əkbər bəy xalqı və vətəni üçün onlarla əvəzedilməz işlər görmüşdür.

Femida.az

Açar sözlər:

Oxunub: 6067