Deputatlar tətilə yollandı


16:55     20 İyul 2015 89758624.jpg

Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar tətilə buraxılıb.


Femida.az xəbər verir ki, "Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilir.

Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
Tətil müddəti avqustun 30-dək davam edəcək.

Açar sözlər:

Oxunub: 982