Rusiya Dövlət Dumasının sabiq sədri vəfat edib


17:34     20 İyul 2015 rus2.jpg

Rusiya Dövlət Dumasının sabiq sədri Gennadi Seleznyov vəfat edib.


Bu barədə AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir.

Seleznyov ömrünün son aylarında ürək xəstəliyindən əziyyət çəkib. Dövlət Dumasının sabiq sədri ötən gün, 68 yaşında Moskvada dünyasını dəyişib.

G. Seleznyov 2-ci və 3-cü çağırış Rusiya Dövlət Dumasının sədri olub. O, "Vətən qarşısında xidmətlərinə görə" II dərəcəli medalı, “Xalqlar dostluğu” ordeni ilə təltif edilib.

Açar sözlər:

Oxunub: 889