ABŞ və Kuba diplomatik münasibətləri bərpa edir


19:12     20 İyul 2015 USA-kuba-05-01-15.jpg

Bu gündən etibarən ABŞ-ın Havanada, Kubanın isə Vaşinqtondakı səfirlikləri fəaliyyətlərini bərpa edəcəklər.


APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri və Kuba xarici işlər naziri Marselino Medina Qonsales arasında bu məsələyə dair danışıqlar aparılıb və bu gün ABŞ Dövlət Departamentində onların görüşü baş tutacaq.

Kuba prezidenti Raul Kastro bildirib ki, bu simvolik addım münasibətlərin normallaşmasına aparan uzun və çətin yolun başlanğıcı olacaq. O, ABŞ prezidenti Barak Obamanı Konqresdə Kuba üzərindən iqtisadi embarqonun götürülməsi məsələsini qaldırmağa çağırıb: “İqtisadi embarqo münasibətlərin normallaşdırılması yolunda ən böyük maneədir”.

Xatırladaq ki, 1959-cu il Kuba inqilabından sonra ABŞ bu ölkəyə ticarət embarqosu tətbiq edib, 1961-ci ildən isə iki ölkə arasındakı diplomatik əlaqələr kəsilib.

Açar sözlər:

Oxunub: 825