Türkiyədə terror aktı: 10 ölü


22:18     20 İyul 2015 af79eef7fcacf74808a0f533310c4588.jpg


Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.

Femida.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var.

Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.

Qeyd edək ki, Suriyanın Kobani şəhərində İŞİD-ə qarşı döyüşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onlarıən hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub.

Açar sözlər:

Oxunub: 732