Nazir generalı işdən çıxardı


19:15     18 Noyabr 2016 ramil%20usubov%20femida39.jpg

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.


Femida.az xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb. Ə.Əliyevin vəzifədən kənarlaşdırılması pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı təsdiqləyib. O bildirib ki, polis polkovniki Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 18174