İçəri şəhər haqqında film Estoniyada göstərildi


22:30     18 Noyabr 2016 trend_baku_city_spring_270415_37.jpg

“İçəri Şəhər” bədii filminin Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında nümayişi olub.


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Femida.az -a verilən məlumata görə, film festivalın “Forum” proqramında iştirak edir. “İçəri Şəhər”in növbəti nümayişi noyabrın 21-də keçiriləcək.

Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“İçəri Şəhər” filmi Hindistanın 21-ci Kerala Beynəlxalq Film Festivalına və 47-ci Hindistan Beynəlxalq Film Festivalına (Qoa) da dəvət alıb. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci “Van gölü” Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

Film hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda ssenari həm müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir .

Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırırlar.

Açar sözlər:

Oxunub: 2286