Türkiyədə zorlanma qanuniləşdirilir – Sensasion təklif


20:08     18 Noyabr 2016 5660242-670x371.jpg

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyə Böyük Millət Məclisinə sensasiyaya səbəb olacaq qanun layihəsi təklif edib. Bu layihə qəbul olunarsa, təcavüzə məruz qalan qızın təcavüz edən şəxsin evlənməsi ikincinin cəzadan yaxa qurtarması ilə nəticələnəcək.


Femida.az Türkiyə mətbuatına istinadən bildirir ki, bununla 4 min təcavüzçü azadlığa buraxılacaq. Layihə CHP və MHP-li millət vəkillərinin etirazına səsəb oldu. TBMM-də yetərli dəstək almayan təklifin bu gün yenidən müzakirəyə çıxarılacağı gözlənilir.

Qeyd edək ki, AKP-nin irəli sürdüyü bu qanun layihəsi Türkiyə ictimaiyyətində də sərt etirazla qarşılanıb. Sosial şəbəkələrdə #TecavüzMeşrulaştırılamaz şəklində haştaqlar paylaşılır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3205