309 əsgəri öldürən snayper qadın


01:19     21 İyul 2015 41277.jpg


Yüzlərlə insan öldürən tarixin ən məşhur snayperlərindən biri də Lyudmila olub. Lyudmila Pavliçenko İkinci Dünya Müharibəsində universiteti ataraq Sovet ordusuna qoşulan qızlardan olub. Atıcılıqdakı qabiliyyəti fərq edildikdən sonra snayper olaraq vəzifəsinə davam edən Pavliçenko rəsmi olaraq 309 alman hərbiçi öldürüb.

Femida.az Lyudmillanın həyat hekayəsini təqdim edir:

1916-cı il 12 iyul tarixində Ukraynada Lyudmila adlı qız dünyaya gəldi. O, 14 yaşında olarkən ailəsi ilə birlikdə Kiyev şəhərinə köçdü. Lyudmila Pavliçenko gənc və çox gözəl idi. Universitətə daxil olmuşdu. Gələcəyə olan ümidləri, arzuları var idi. Lyudmilla yaxşı təhsil alırdı. O, Kiyev universitetinin tarix fakultəsinə girməyi bacarmışdı. Universitet illərində qayğısız və gələcəkdə baş verənlərdən xəbərsiz idi. 1941-ci ildə o, 4-cü kursda oxuyurdu və 24 yaşı var idi. 4-cü kursda olarkən Lyudmilla atıcılıq kurslarına getdi. 1941-ci ildə o radiodan almanların SSRİ üzərinə hücum etdiyini öyrəndi. Bundan sonra Lyudmilla könüllü olaraq cəbhəyə yollandı. Ona tibbi bacısı olmaq təklif olundu. 24 yaşlı qız isə savaşmaq istədiyini dedi. 2 min qadın snayperdən biri oldu. İlk dəfə sərrast atıcı olaraq Lyudmilla, 3.5 teleskopik görmə ilə " Tokarev SVT-40 " silahından istifadə edərək Belyayevka yaxınlarında 2 alman əsgərini öldürdü. Lyudmilla Odessa yaxınlarında təxminən 2 ay yarım ərzində 187 alman əsgərini öldürdü. Almanlar Odessaya sahib olduqları zaman Lyudmilla Krım yarımadasına, Sevastopola göndərildi.

Lyudmilla burda 8 ay savaşdı. O artıq 1942-ci il may ayına qədər 257 alman əsgərini öldürmüşdü. Onlardan 36-sı isə almanların ən güclü sərrast atıcılarından idi. Döyüş meydanında o, ölüm və zülm görürdü, lakin onun üçün ən ağır sınaq sevgi oldu. O eyni vəzifədə olan çavuşlardan birini sevirdi. Lakin döyüşlərini birində Lyudmilla sevgisini də itirdi. Bundan sonra gənc qız cəbhədə qalaraq savaşmağa davam etdi. Lakin 1942-ci ilin iyulunda Lyudmilla yaralandı. Yarası ağır olan Lyudmilla ayağa qalxa bilmirdi. Alman əsgərləri arasında onun ölüm xəbəri yayılmışdı. Lakin Sovet zabitləri onu məcbur ayağa qaldıraraq şəkillərini çəkdilər və sağ olduğunu sübut etdilər. O bir qəhrəman olmuşdu.

Rəsmi rəqəmlərə görə bu qadın 309 alman əsgərYüzlərlə insan öldürən tarixin ən məşhur snayperlərindən biri də Lyudmila olub. Lyudmila Pavliçenko İkinci Dünya Müharibəsində universiteti ataraq Sovet ordusuna qoşulan qızlardan olub. Atıcılıqdakı qabiliyyəti fərq edildikdən sonra snayper olaraq vəzifəsinə davam edən Pavliçenko rəsmi olaraq 309 alman hərbiçi öldürüb.

Bizimyol.info Lyudmillanın həyat hekayəsini təqdim edir:

1916-cı il 12 iyul tarixində Ukraynada Lyudmila adlı qız dünyaya gəldi. O, 14 yaşında olarkən ailəsi ilə birlikdə Kiyev şəhərinə köçdü. Lyudmila Pavliçenko gənc və çox gözəl idi. Universitətə daxil olmuşdu. Gələcəyə olan ümidləri, arzuları var idi. Lyudmilla yaxşı təhsil alırdı. O, Kiyev universitetinin tarix fakultəsinə girməyi bacarmışdı. Universitet illərində qayğısız və gələcəkdə baş verənlərdən xəbərsiz idi. 1941-ci ildə o, 4-cü kursda oxuyurdu və 24 yaşı var idi. 4-cü kursda olarkən Lyudmilla atıcılıq kurslarına getdi. 1941-ci ildə o radiodan almanların SSRİ üzərinə hücum etdiyini öyrəndi. Bundan sonra Lyudmilla könüllü olaraq cəbhəyə yollandı. Ona tibbi bacısı olmaq təklif olundu. 24 yaşlı qız isə savaşmaq istədiyini dedi. 2 min qadın snayperdən biri oldu. İlk dəfə sərrast atıcı olaraq Lyudmilla, 3.5 teleskopik görmə ilə " Tokarev SVT-40 " silahından istifadə edərək Belyayevka yaxınlarında 2 alman əsgərini öldürdü. Lyudmilla Odessa yaxınlarında təxminən 2 ay yarım ərzində 187 alman əsgərini öldürdü. Almanlar Odessaya sahib olduqları zaman Lyudmilla Krım yarımadasına, Sevastopola göndərildi. Lyudmilla burda 8 ay savaşdı. O artıq 1942-ci il may ayına qədər 257 alman əsgərini öldürmüşdü. Onlardan 36-sı isə almanların ən güclü sərrast atıcılarından idi. Döyüş meydanında o, ölüm və zülm görürdü, lakin onun üçün ən ağır sınaq sevgi oldu. O eyni vəzifədə olan çavuşlardan birini sevirdi. Lakin döyüşlərini birində Lyudmilla sevgisini də itirdi. Bundan sonra gənc qız cəbhədə qalaraq savaşmağa davam etdi. Lakin 1942-ci ilin iyulunda Lyudmilla yaralandı. Yarası ağır olan Lyudmilla ayağa qalxa bilmirdi. Alman əsgərləri arasında onun ölüm xəbəri yayılmışdı. Lakin Sovet zabitləri onu məcbur ayağa qaldıraraq şəkillərini çəkdilər və sağ olduğunu sübut etdilər. O bir qəhrəman olmuşdu. Rəsmi rəqəmlərə görə bu qadın 309 alman əsgərini öldürmüşdü. Lyudmilla bundan sonra döyüşmək istəmədiyini bildirdi. O 1942-ci ilin avqust ayında Kanada və ABŞ-a ziyarət etdi. ABŞ prezidenti F.Ruzvelt şəxsən özü Lyudmillanı qarşıladı. Lyudmilla "Ağ Ev"ə gətirildi. Lyudmilla bununla da ABŞ prezidenti tərəfindən "Ağ Ev"də qəbul edilən ilk Sovet vətəndaşı oldu. Bir neçə gün sonra Lyudmilla Vaşinqtonda Beynəlxalq Tələbələr Məclisinin tədbirində çıxış etdi. ABŞ dövləti ona "Colt" marka bir tapança, Kanada isə "Winchester" silahı hədiyyə etdi. Lyudmillanın həmin silahları hal-hazırda Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Müzeyində saxlanılır. 25 yaşlı Lyudmilla 1942-ci ilin dekabrında İngiltərəyə getdi. 1943-cü ilin əvvələrində isə Lyudmilla, vətəninə qayıtdı. O, yenidən orduya qatıldı və atıcılıq üzrə əsgərlərə dərs keçdi. Ona 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1945-ci ildə 2-ci Dünya Müharibəsi bittikdən sonra isə Lyudmilla Kiyev Universitetinə qayıtdı və təhsilini başa vurdu. O diplomunu aldı və tarixçi olaraq həyatına davam etdi. Lakin o 1945-ci ildən 1953-cü ilə qədər yenidən orduya qatıldı və Sovet donanmasında xidmət etdi. Daha sonra isə Müharibə Veteranları Komitəsində çalışdı.

Lyudmilla 10 oktyabr 1974-cü ildə 58 yaşında vəfat etdi...ini öldürmüşdü. Lyudmilla bundan sonra döyüşmək istəmədiyini bildirdi. O 1942-ci ilin avqust ayında Kanada və ABŞ-a ziyarət etdi. ABŞ prezidenti F.Ruzvelt şəxsən özü Lyudmillanı qarşıladı. Lyudmilla "Ağ Ev"ə gətirildi. Lyudmilla bununla da ABŞ prezidenti tərəfindən "Ağ Ev"də qəbul edilən ilk Sovet vətəndaşı oldu. Bir neçə gün sonra Lyudmilla Vaşinqtonda Beynəlxalq Tələbələr Məclisinin tədbirində çıxış etdi. ABŞ dövləti ona "Colt" marka bir tapança, Kanada isə "Winchester" silahı hədiyyə etdi. Lyudmillanın həmin silahları hal-hazırda Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Müzeyində saxlanılır. 25 yaşlı Lyudmilla 1942-ci ilin dekabrında İngiltərəyə getdi. 1943-cü ilin əvvələrində isə Lyudmilla, vətəninə qayıtdı. O, yenidən orduya qatıldı və atıcılıq üzrə əsgərlərə dərs keçdi. Ona 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. 1945-ci ildə 2-ci Dünya Müharibəsi bittikdən sonra isə Lyudmilla Kiyev Universitetinə qayıtdı və təhsilini başa vurdu. O diplomunu aldı və tarixçi olaraq həyatına davam etdi. Lakin o 1945-ci ildən 1953-cü ilə qədər yenidən orduya qatıldı və Sovet donanmasında xidmət etdi. Daha sonra isə Müharibə Veteranları Komitəsində çalışdı.

Lyudmilla 10 oktyabr 1974-cü ildə 58 yaşında vəfat etdi...

Açar sözlər:

Oxunub: 2882