Erkən nikahlara görə 5 il həbs


18:22     19 Noyabr 2016 2195745_T.jpg

Qırğızıstanda həddi-büluğa çatmamış qızlarla nikaha girənlər üçün cinayət məsuliyyəti müəyyənləşdirilib.


Femida.az bildirir ki, bu barədə “İnterfax”a Qırğızıstan dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Almazbek Atambayev Qırğızıstanın Ailə Məcəlləsinə və respublikanın Cinayət Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı qanun imzalayıb.

Qanunu pozanlara qarşı 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1228