Əliyev-Sarkisyan görüşü ilin sonunadək baş tuta bilər


03:23     21 İyul 2015 083796a250899b387d2063e487527b02.jpg


ATƏT Minsk Qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə ümid edirlər. Femida.az-ın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib.

“Prezidentlərin bu il görüşəcəyinə ümid edirik. Münaqişənin danışıqlar yolu ilə nizamlanmasına gətirəcək prosesin davam etdirilməsi üçün görüşlərin keçirilməsi vacibdir”, deyə Uorlik bildirib.

Amerikalı həmsədrin sözlərinə görə, hazırda nizamlanmanın prinsip və elementləri müzakirə edilir, lakin tərəflər hələ ki daha konkret müzakirələr mərhələsinə nail olmayıblar.

Açar sözlər:

Oxunub: 1134