Türk əsgərlərinə hücum: şəhid və yaralılar var


03:49     21 İyul 2015 95406.jpg

Türkiyənin Adıyaman vilayətində PKK terrorçuları türk əsgərlərinə hücum edib.

Femida.az-ın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada bildirilir ki, terrorçularla jandarma qüvvələri arasında baş vermiş atışadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

Bildirilir ki, atışma zamanı bir əsgər şəhid olub, ikisi isə yaralanıb. Yaralıların son vəziyyəti barədə hələlik açıqlama verilmir.

Əsgərlərlə PKK terrorçuları arasında atışmalar davam edərkən əraziyə xüsusi təyinatlılar göndərilib.
Bölgədə xüsusi təyinatlı qüvvələr əməliyyata başlayıb

Terrorçular döyüşə-döyüşə meşəyə çəkiliblər. Xüsusi təyinatlı qüvvələr bölgədə əməliyyatları davam etdirirlər. Hələlik müşədə terrorçuların sığındığı yerlər aşkar edilib. Burada çox sayda silah-sursat tapılıb.

Son məlumatlara görə, Türkiyənin Kilis vilayətində isə İŞİD terrorçu qruplaşmasının üzvü tutulub.

Ümumilikdə isə bu gün ərzində Suriyadan Türkiyəyə qeyri qanuni yollarla keçməyə çalışan 652, Türkiyədən Suriyaya keçəyə çalışan 2, İrandan Türkiyəyə keçən 9, Türkiyədən Yunanıstana qaçmaq istəyən 50, Bolqarıstandan Türkiyəyə gələn 3 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 1078